Logo
    main-post-cover

    Milad gecəsində kosmosdan hədiyyə asteroid

    Digər
    07.05.2017
    Farid
    Milad gecəsi olaraq qeyd edilən 24 dekabr gecəsi səmada asteroid görünəcək. 2003 SD220 adlı asteroid Yerdən təxminən 11 milyon kilometr məsafədən sürətlə keçəcək. Bu məsafə Yer ilə Ay arasındakı məsafədən təxminən 28 dəfə çoxdur. Asteroid özlüyündə də kiçik deyil. Onun 2 km uzunluğu vardır.
    Ancaq təlaşa ehtiyac yoxdur, çünki həm asteroid bizdən aralı məsafədə hərəkət edəcək, həm də NASA-nın verdiyi məlumatlara görə Yerə asteroid zərbəsi növbəti 200 ildə gözlənilmir.
    2003 SD220 asteroidi adından göründüyü kimi 2003-cü ildə tapılıb. Astronomlar bu illər boyu onu izləmək üçün radar texnologiyasından istifadə edirdilər. İndi isə sizə onun 3, 4, və 5 dekabr tarixlərində çəkilmiş şəkillərini təqdim edirik: 
     
    Milad gecəsində kosmosdan hədiyyə asteroid

    Paylaş
    Bənzər xəbərlər