Logo
    main-post-cover

    Mini Superlegerra artıq sadəcə konsept deyil!

    Digər
    08.05.2017
    Bmw rəsmilərindən Peter Schwarzenbauer Mini-nin Superlegerra modelinin istehsalına hazırlandıqlarını bildirib. Schwarzenbauer avtomobilin texniki parametrləri ilə bağlı məlumat verməsə də şayiələrə görə gözəl kupe/rodster UKL platformu üzərində hazırlanır. Mühərrik seçimlərinin isə BMW 3 seriyasında da istifadə olunacaq üç və dörd silindirli 1.5 litr turbolu blokların müxtəlif versiyalarından ibarət olacağı düşünülür. Deyilənə görə BMW əlavə olaraq 2-seriyası active tourer modelində olduğu kimi bu modeldə plug in hybrid seçiminə də yer verilə bilər. Amma avtomobilin satışına 2019-cu ildə başlanacağını düşünsək bazara çıxarılan model tamam fərqli komplektasiyalara sahib ola bilər. 
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Mini Superlegerra artıq sadəcə konsept deyil! | Technote