MrBeast bank tətbiqi Step-i satın aldı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Beast Industries şirkəti yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş Step adlı bank tətbiqini satın aldığını elan edib. Bu addım MrBeast-in bir neçə ay əvvəl şəxsi maliyyə və investisiya mövzusunda yeni YouTube kanalı açacağını bildirməsindən sonra atılıb.
MrBeast-in əsas YouTube kanalı hazırda 466 milyon abunəçiyə malikdir və platformanın ən populyar kanallarından biri hesab olunur.
Beast Industries-in digər biznes layihələrinə ghost restoran şəbəkəsi, Feastables adlı qəlyanaltı brendi və yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan Beast Mobile adlı mobil operator daxildir. Step-in alınması şirkətin maliyyə xidmətləri sahəsində ilk addımıdır.
Step, Monzo və Revolut kimi mobil bank xidmətlərinə bənzəsə də, əsas fərqi onun yeniyetmələr və gənc istifadəçilər üçün xüsusi dizayn olunmasıdır. Bu da MrBeast-in əsas auditoriyası olan Gen Z və Gen Alpha nəsilləri ilə üst-üstə düşür.
Qeyd edək ki, Step-in investorları arasında Gen Z influencerləri Josh Richards və Charli D’Amelio da yer alır. Charli D’Amelio daha əvvəl MrBeast-in YouTube videolarında da iştirak edib.
Paylaş