main-post-cover

    MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!

    Digər
    29.04.2024
    Farid Pardashunas

         MrBeast tərəfindən həm YouTube, həm də X-də yayımlanan "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" adlı videonun uydurma olduğu üzə çıxıb. Videoda gördüyümüz yer isə əslində Xorvatiyada turistlərin və yerli əhalinin tez-tez ziyarət etdiyi sahil ərazisidir.

         X-dəki oxucular MrBeast-in videosuna icma qeydi əlavə edərək, videonun uydurma olduğunu ortaya çıxarıb. Tərk edildiyi iddia edilən yer isə əslində Xorvatiyanın Dubrovnik şəhərindəki Kupari adlı ictimai ərazidir. Bura, hətta bir şəhər belə deyil, sadəcə bir neçə tərk edilmiş binadan ibarət ərazidir. Bu binalar 1991-1995-ci illər arasında davam edən Xorvatiya müharibəsi zamanı zərər görərək bu vəziyyətə gəlib. Ərazi isə nazirliyin nəzarətində olan və insanlar tərəfindən ziyarət edilə bilən yer olaraq tanınır. Hətta piyada 3 dəqiqəlik bir məsafədə barın belə olduğu deyilir.
         Video ilə bağlı ortaya çıxan məlumatlar bunlarla məhdudlaşmır. Express-in paylaşdığı xəbərə görə, Dubrovnikin cənubunda yerləşən Kupari adlanan bu sahil bölgəsi əslində turistlər və yerli əhali arasında məşhur yer olub. Eyni şəkildə, videodakı tərk edilmiş otel kompleksi də tez-tez ziyarət edilən səyahət məkanı olub.
         İddialara görə, MrBeast video çəkilişi zamanı əraziyə turistlərin və ya yerli əhalinin gəlməsinin qarşısını almaq üçün pul ödəyib. Kleine Zentug tərəfindən paylaşılan bir xəbərdə videodakı binaların cəmi 31 min 500 avroya icarəyə götürüldüyü və insanların bu şəkildə uzaq tutulduğu göstərilir. Hətta çəkiliş zamanı heç kimin gəzməsinə belə icazə verilməyib.
         Həmçinin izləyiciləri məyus edə biləcək daha bir neçə məlumatlar da var. Bölgədən alınan məlumata görə, video 7 gün ardıcıl olaraq çəkilməyib. Buna səbəb komandada bəzi insanların səhhətində problem olmasıdır. Bundan əlavə, rayona avtomobillə gediş-gəlişin olduğu da deyilir. Belə ki, videodakı təkcə helikopterlə getməyin mümkün olduğu iddiası doğru deyil.
         Bütün bunlar onu göstərir ki, MrBeast-in belə videoları pərəstişkarlarının düşündüyü qədər cəlbedici olmaya bilər. Məşhur YouTuberdən mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
    google-revanced-kimi-reklamsiz-youtube-videolarini-izlemeye-imkan-veren-tetbiqleri-blok-etmeye-baslayib
    YouTube öz yeni dizaynını test etməyə başlayıb
    youtube-oz-yeni-dizaynini-test-etmeye-baslayib
    Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
    instagram-reklam-biznesinde-youtube-dan-daha-cox-gelir-elde-edir
    MrBeast tərəfindən Prime Video platformasında tarixin ən böyük pul mükafatlı yarışı keçiriləcək!
    prime-video-platformasinda-mrbeast-terefinden-tarixin-en-boyuk-pul-mukafatli-yarisi-kecirilecek
    Məşhur YouTuber-in bir sözü avtomobil şirkətinin az qala bütün səhmlərini itirməyinə səbəb olub!
    meshur-youtuber-in-bir-sozu-avtomobil-sirketinin-az-qala-butun-sehmlerini-itirmeyine-sebeb-olub