main-post-cover

    MrBeast X-da paylaşdığı ilk videodan 250 min dollar qazandı!

    Digər
    23.01.2024
    Farid Pardashunas
         Böyük izləyici kütləsi olan MrBeast-in X-da (keçmiş Twitter) paylaşdığı ilk video sosial şəbəkələrdə gündəmə səbəb olub. Daha öncələr YouTube kimi platformalarda izlənmə rekordları qıran MrBeast bu dəfə X platformasında etdiyi ilk paylaşımla sosial medianın gündəmində ildırım kimi səs saldı.
         Belə ki, gənc YouTuber X platformasında paylaşdığı ilk video ilə 250 min dollar qazanc əldə etməyi bacarıb. O, bu barədə elə öz X səhifəsində "İlk videom 250 min dolların üzərində qazanc əldə etdi" deyərək paylaşım edib. Gündəmə bomba kimi düşən bu xəbərin ardınca MrBeast yeni paylaşım edərək videodan əldə etdiyi qazancı təsadüfi 10 izləyicisinə hədiyyə edəcəyini də bildirib, yəni hər izləyici üçün 25.000 dollar. Bununla birlikdə o, bunu əyləncə məqsədi ilə edəcəyini də həmçinin qeyd edib.
         Görünən odur ki, MrBeast-in X platformasında bu cür səs salması tək onun və izləyicilərinin işinə yaramayıb. Buna səbəb isə Elon Musk-un Qəzza müharibəsinə göstərdiyi münasibət idi. Hansı ki, Musk-un fikirləri reklamçılar tərəfindən heç də xoş qarşılanmamışdı. Buna görə də X platformasında kəskin istifadəçi azalması da müşahidə edilirdi. Lakin yanvar ayının əvvəlində Elon Musk-un paylaşdığı statiskalara əsasən artıq X platformasının istifadəçi sayı geri dönüş edərək yenidən artmağa davam edir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk-ın xAI startapı qeyri-kommersiya məqsədli korporasiya statusunu əldə edib
    elon-musk-in-xai-startapi-qeyri-kommersiya-meqsedli-korporasiya-statusunu-elde-edib
    Elon Musk öz universitetini yaradacaq
    elon-musk-oz-universitetini-yaradacaq
    Elon Musk-ın xAI şirkəti 1 milyard dollar investisiya cəlb etməyi hədəfləyib
    elon-musk-in-xai-sirketi-1-milyard-dollar-investisiya-celb-etmeyi-hedefleyib
    Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib
    elon-musk-in-xai-sirketi-oz-ilk-suni-zeka-esasli-cat-botunu-teqdim-edib
    Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
    elon-musk-in-xai-sirketi-artiq-bugun-ilk-suni-zeka-modelini-istifadeye-verecek