
NASA agentliyi yeni Mars aparatının adını açıqladı
Digər
06.03.2020
Emil
NASA agentliyi uzun illərdir ki, öz kosmik aparatlarına maraqlı adların verilməsi ənənəsinə sahibdir. Mars səthində fəaliyyət göstərən Curiosity aparataına yaxın zamanda yoldaşlıq edəcək yeni Mars aparatı da bu məsələdə istisna olmayıb. Yeni Mars aparatı öz adını açıq səsvermə sayəsində əldə edib. Keçirilmiş açıq səsvermədə Yer kürəsinin hər bir şəxsi iştirak edə bilərdi. Bu barədə Engadget saytı xəbər verib.

Beləliklə səsvermə nəticəsində ən çox səs toplamış ad Perseverance (inadkarlıq) olub. Qeyd etmək lazımdır ki, ən çox səs yığmış adlar üzrə ilk doqquzluğa həmçinin Endurance, Tenacity, Promise, Vision, Clarity, Ingenuity, Fortitude və Courage adları olublar. Gözləntilərə əsasən Perseverance adlı yeni Mars aparatı bu ilin iyul ayında qırmızı planetə göndəriləcək. Sözügedən aparat Mars səthində olan süxurların yığılması və saxlanması ilə məşğul olacaq. Yer kürəsindəki alimlər isə onların analizi ilə məşğul olacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
