
NASA Mars`a göndərəcəyi yeni aparatını təqdim etdi
ABŞ`ın kosmos barədə beynəlxalq təşkilatı olan NASA, bu saatlarda "Qırmızı Planet” Mars'a göndərəcəyi bir sonrakı kosmik aparatını təqdim etdi.
NASA'nın Mars Elm Laboratoriyası missiyasının
bir parçası olaraq Mars'ın Gale kraterində kəşflər edən avtomobil
böyüklüyündə olan robotu Curiosity'dən fərqli olaraq yaradılan bu aparat, hər
şey plan daxilində gedərsə, 2020-ci ildə Mars`a doğru yola çıxacaq və 2021-ci
ildə Mars`a enəcək. Bu tarixdən sonra Curiosity'nin yerini alması gözlənilən Mars
2020 adlı
aparat, bütünlüklə kompyuter şəraitində dizayn edilib istehsal olunub. 6
təkər üzərində oturdulan gövdədə bir çox sensor, kamera, radar sistemi
quraşdırılan aparatın əsas məqsədi Mars`da sirri açılmayan əraziləri də kəşf
etməkdir. Bununla da Mars planeti NASA`nın Mars 2020`si ilə daha detallı şəkildə
öyrəniləcək.
Paylaş
Bənzər xəbərlər