
NASA, astronavtları Mars planetinə göndərməyə vəsaitinin olmadığını bildirib.
“İnsanların Mars planetinə nə zaman uçacaqlarını dəqiq deyə bilmərəm. Məsələ maliyyələşdirmədədir” – deyə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Gerstenmaier bildirib. Son 5 il ərzində NASA, ictimaiyyəti, insanların Marsa uçacaqları barəsində inandırırdı. NASA təmsilçilərinin sözlərinə görə Mars planetinə uçuşlar artıq 2030-cu ildə reallaşdırılacaq. Gələcəkdə Mars plnaetinə uçuş isə Space Launch System raketi və Orion kosmik gəmisi vasitəsilə reallaşdırılacaq. Lakin indi NASA, reallığı qəbul edib. ABŞ-ın Aeronavtika İnstitutu rəhbərliyinin iclası zamanı NASA-nın pilotlaşdırma proqramı departamentinin rəhbəri Bill Gerstenmaier bildirib ki, NASA, Mars planetinə astronavt göndərmək üçün lazımi vəsaitə sahib deyil. Reallıq ondan ibarətdir ki, Space Launch System raketinin və Orion kosmik gəmisinin istehsalı külli miqdarda vəsait tələb edir. NASA isə astronavtları, Mars planetinin səthinə endirəcək və daha sonra Orion kosmik gəmisinə geri qaytaracaq sistemin hazırlanması üçün yetərli vəsaitə sahib deyil.
Bundan əlavə olaraq Marsa uçuşdan öncə Aya uçuşun yenidən təkrarlanması
barədə mübahisələr də səngimək bilmir. Qeyd etmək lazımdır ki, Aya uçuş
proqramı da külli miqdarda vəsait tələb edir. “Əgər biz, Ayda suyun olduğunu
aşkar etsək, onda biz Yer kürəsinin peykinin müşahidə olunması üçün daha böyük
proqramı reallaşdırmaq istəyirik. Bunun üçün bizim Deep Space Gateway adlı Ay stansiyamız
var” – deyə Bill
Gerstenmaier bildirib. Lakin o etiraf edib ki, hətta Ay proqramına belə, vəsait
ayrılmayıb. Hesablamara əsasən Space Launch System raketinin Aya bir dəfə
uçuşu, 1 milyard dollara başa gələcək. ABŞ-ın NASA agentliyindən fərqli olaraq
özəl şirkətlərin Mars üzrə planları daha optimistikdir. Belə ki, “SpaceX” şirkətinin
CEO-su Elon Musk, bu ilin Sentyabr ayında onun şirkətinin Mars planeti üzrə
olan planları haqqında məlumatların paylaşacağını bildirmişdi.
Şərh yoxdur