
NASA-nın kəşfiyyat vasitəsi Marsda bor mineralı tapdı
NASA-nın kəşfiyyat vasitəsi Curiosity, Marsın üzərində bor mineralının izlərinə rast gəldi.
NASA, Marsda araşdırmalarını hələ də davam
etdirir. NASA-nın kəşfiyyat vasitəsi, Sharp dağı adlandırılan hissədə bor mineralının izlərinə rastladı. Bu
kəşf, planetdə keçmiş zamanlarda uzun zaman mövcud olmuş yer altı suyun
varlığına işarə ola bilər. Los Alamos
Beynəlxalq Laboratoriyasının San Fransiskoda hər il təşkil etdiyi hesabatda,
suyun içində bor mineralına aid izlərə rast gəlməsi, Marsda keçmişdə su mənbələri
ola biləcəyini ifadə edir. Laboratoriya araşdırmaçılarından Patrick Gasda, "Əgər
kalsium sulfat mineral hissələri içində tapılan bor Dünyadakına bənzər xüsusiyyətlərə
malikdirsə, onda Curioisty-nin tapdıqlarına əsaslanaraq Marsın yeraltı
sularının 0 ilə 60 dərəcə arası istiliyə və neytral xüsusiyyətə sahib olduğu nəticəsinə
gətirir” deyə bildirib.
Gasda bu kəşfin keçmiş zamanlarda normal orqanizmlərin
yaşamasına imkan yaradacaq yeraltı su qaynaqlarının ola biləcəyi ehtimalını
ortaya çıxarır. Marsda həyat olub-olmadığına dair araşdırma edilməsi üçün
2012-ci ilindən bəri Qızıl Planetdə olan Curiosity-nin bu kəşfinin çox vacib
xarakter daşıdığını deyən araşdırmaçılar, kəşflərini davam etdirəcəklərini
bildiriblər.
Paylaş
Bənzər xəbərlər