Logo
    main-post-cover

    NASA\'nın yaratdığı yeni sayt Dünyanı kosmosdan canlı izləmək üçün əla şansdır!

    Digər
    07.05.2017
    Farid
    NASA yeni veb saytı ilə istəyən hər kəsin dünyamızın kosmosdan çəkilmiş yeni görüntülərinə baxmaq üçün şərait yaradır. Dünyaya 1 milyon 610 min km uzaqlıqdakı DSCOVR peykindəki Dünya Polikromatik Müşahidə Kamerası (EPİC) ilə çəkilən görüntüləri insanlara təqdim edərək ən son halını göstərir.
    Dünyanı 24 saat müşahidə edən kamera fevral ayında SpeceX Falcon 9 roketi ilə kosmosa göndərilmiş və Lagrangian Point 1 adı verilmiş pozisiyaya yerləşdirilmişdir. Bu peyk üzərində olan teleskop ilə Dünyanı fərqli işıq dalğalarıyla eyni anda 10 dəfə çəkə bilir. Bütün çəkilən şəkillər bir araya gəldikdə piksel başına 10-15 kmlik ekran görüntüsü düşür. Veb saytda təqdim olunmuş hər görüntü EPİC tərəfindən 12-36 saat öncə çəkilmiş şəkillərdir.
     
    NASA'nın DSCOVR EPİC'dən gələn günlük görüntüləri buradan izləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər