Nə üçün təyyarələrə 100 ml-dən çox maye daxil etməyə icazə yoxdur?
Digər
25.04.2024
Farid Pardashunas
Əvvəllər təyyarələrə maye qəbulunda heç bir məhdudiyyət olmadığını bilirdinizmi? Bəs nə oldu ki, bu qaydalar 100 ml ilə limitləndirildi?
Çoxlarımız hava limanına daxil olan zaman ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə alışmışıq, amma, mayelərə tətbiq olunan sərt qaydalara gəldikdə, sərnişinlər arasında anlaşılmazlıq yaranır. Əslində bu vəziyyətin çox mühüm səbəbi var...
Təyyarələrdə mayelərin qadağan edilməsi qaydaları 2006-cı il avqustun 10-da tətbiq edilib. Bu tarix Britaniya təhlükəsizlik qüvvələrinin terror planını üzə çıxarmasından sonraya təsadüf edir. Belə ki, əvvəllər sui-qəsdçilər transatlantik uçuşlarda hidrogen peroksid əsaslı partlayıcılardan istifadə etməyi və bu partlayıcıları sərinləşdirici içki şüşələrində gizlətməyi planlaşdırırdılar. Bu təhlükəli planın qarşısı alındıqdan sonra bütün mayelərin təyyarələrdə daşınması qadağan edildi, lakin bu qayda 2006-cı ilin noyabrında dəyişdirildi və sərnişinlərə mayeləri maksimum 100 ml tutumlu konteynerlərdə təyyarəyə gətirməyə icazə verildi.
100 ml limiti təhlükəsizlik orqanlarının partlayıcı maddələrin risklərini effektiv şəkildə idarə edə bilməsi üçün müəyyən edilmişdir. Bu limit maye partlayıcı maddələrin yaratdığı təhlükələri müəyyən etmək və qarşısını almaq üçün nəzərdə tutulmuş praktiki təhlükəsizlik balansıdır. Yəni 100 ml və ya daha az maye həcminin böyük partlayış riski yaratması ehtimalı azdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!