
Nəhəng Milton qasırğası kosmosdan görüntülənib!
Digər
10.10.2024
Aslan
5-ci kateqoriyaya aid olan Milton qasırğası kosmosdan görüntülənib. Qasırğa bütün Meksika körfəzini əhatə edib.
Milton qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşmaqda davam edir. İndiyə qədər baş vermiş ən böyük qasırğalardan biri sayılan Milton qasırğası kosmosdan da izlənilir. Beynəlxalq Kosmik Stansiyadan (ISS) qasırğanın bir görüntüsü çəkilib.
NASA, paylaşılan görüntü ilə birlikdə bölgədə yaşayan insanlara dərhal təxliyə olunmalarını tövsiyə edib. Qasırğanın sabah Florida sahillərinə çatacağı gözlənilir. Şəkil isə SpaceX Dragon Endeavor vasitəsinin pəncərəsindən NASA astronavtı Matthew Dominick tərəfindən çəkilib. ISS-dən edilən açıqlamada Milton qasırğası 5-ci kateqoriya olaraq qiymətləndirilib. Yuxarıdakı buludlar səbəbindən dəqiq görünməsə də, qasırğa hazırda Yucatan yarımadası sahillərini örtüb.
Qasırğa səbəbindən NASA, Europa Clipper missiyasını təxirə salmaq qərarına gəlib. Bu missiya 10 oktyabrda Florida ştatında yerləşən Kennedy Kosmik Mərkəzində başlanmalı idi. Quruma görə, qasırğa təhdidi keçdikdən sonra stansiyadakı fəaliyyətlər davam etdiriləcək və əməkdaşlar missiyaya qayıdacaqlar.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
