Logo
    main-post-cover

    Netflix CEO-su Warner Bros.-u almadan əvvəl Ağ Evə səfər edib

    Digər
    08.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Netflix-in həmtəsisçisi Ted Sarandos noyabr ayında Donald Trump ilə görüşmək üçün Ağ Evə səfər edib. Bloomberg-in məlumatına görə, görüşdə bir sıra mövzular müzakirə olunsa da, əsas diqqət Netflix-in Warner Bros.-a təklif vermək planına yönəlib. Sarandos görüşün sonunda “Ağ Evdən bir etiraz gözlənilmədiyini” hiss etdiyini bildirib.
    Netflix: Warner Bros. Movies to Remain in Theaters After Buying Studio
        Bu həftə Netflix Warner üçün aparılan gərgin yarışda qalib gəlib və studiyanın satın alınması üçün 82,7 milyard dollar təklif edib. Məşhur kino nəhəngi uğrunda Paramount-un CEO-su Devid Ellison da ciddi maraq göstərirdi. Ağ Evi Netflix əleyhinə yönəltmək üçün edilən cəhdlərə baxmayaraq, şirkət həlledici mərhələdə qalib gəldi. Bununla belə, hələ də ehtimal var ki, Paramount ələ keçirmə kampaniyasına başlaya bilər və ya ABŞ Ədliyyə Nazirliyi razılaşmanı bloklamağa cəhd edə bilər. Yəni məsələ tam qapanmış sayılmır.
    Paylaş