Netflix-in 2020 planları: 17.3 Milyard dollar vəsait film və seriallar üçün ayrılacaq

Netflix-in 2020 planları: 17.3 Milyard dollar vəsait film və seriallar üçün ayrılacaq

Digər
18.01.2020 PAYLAŞIM

        Ən nəhəng film və serial izləmə platforması olan Netflix 2020-ci ildə film və serialların çəkilməsinə ayrılan büdcəni daha da artıracaq. 2019-un əvvəllərində Lucifer, sonlarında isə Witcher kimi seriallar ilə çox səs gətirən platforma daha keyfiyyətli işlərə imza atmaq üçün kontentlərə ayrılan vəsaiti 2 milyarddan biraz daha çox bir məbləğdə artıracaq. Şirkət 2019-də kontentlərin hazırlanması üçün ümumi 15.3 Milyard dollar vəsait ayırmışdı.

Netflix-in 2020-də film və serialların hazırlanması üçün ayrılan büdcəni 17.3 Milyard dollara qədər artırması gözlənilir.

        Bu haqda məlumatı isə Wall Street şirkətlərindən olan BMO Capital Markets bəyan etdi. Həmçinin şirkətin təxminlərinə görə 2028-ə qədər Netflix büdcəni 26 milyard dollara qədər artıracaq. Qeyd olunur ki, 2020-də istehsal olunan və Netflixdə yayımlanan film/serialların çoxsu Netflix-in öz istehsalı olan proyektlər olacaq. Netflix-in rəqibləri olan Disney+ HBO Max-a nəzər saldıqda isə 2020 üçün ayırdıqları büdcənin 1 Milyard dollar 2 Milyard dollar olduğunu görə bilərik. Bu da əslində rəqabətdə və kontentdə Netflix-in nə dərəcə öndə olduğunu göstərir. Hal-hazırda Netflix-in ən böyük rəqibi olaraq kabel TV-lər göstərilir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


'Sapiens' və 'Homo Deus' kitablarının müəllifi Yuval Noah Harari: Koronavirusdan..

İnsan sivilizasiyası qlobal böhran yaşayır. Bu bəlkə də bizim nəslimizin ən böyük böhranıdır. İnsanl..


İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bi..

Bir çoxlarının fikirlərinə əsasən koronavirus ilə mübarizə çərçivəsində tətbiq edilən sərt karantin ..


Astronomlar yeni növ qara dəliyin mövcudluğuna dair sübutlar əldə ediblər (VİDEO..

Astronomlar orta kütləli qara dəliyin mövcud olmasının vacib sübutlarını aşkar ediblər. Belə ki, həm..


Telegram yeniləndi: 6.0 ilə bir çox yenilik gəldi

Telegram 6.0 bir çox yeniliyi istifadəçilərə təqdim etdi. Bu yenilənmə ilə bir çox maraqlı funksiya ..


Alibaba, Azərbaycana Covid-19 koronavirus pandemiyası səbəbilə yardım edəcək..

Alibaba və qurucusu Jack Maa, pandemiya səbəbilə 10 ölkəyə yardım paketi göndərəcək.


Bu elektronika mağazaları virusa görə kreditlərə möhlət verdi

Koronavirus pandemiyası səbəbilə elektronika mağazaları Kontakt Home, İrşad electronics və digərləri..