Logo
    main-post-cover

    Netflix səhmlərini geri alır

    Digər
    23.04.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Netflix direktorlar şurası 22 aprel 2026-cı ildə əlavə 25 milyard dollarlıq səhmlərin geri alım (buyback) proqramını təsdiqləyib. Yeni proqramın müddət limiti yoxdur və bu qərar 2024-cü ilin dekabrında təsdiqlənmiş, hələ də 6.8 milyard dollar limiti qalan əvvəlki proqramın üzərinə əlavə olunur. Qərarın açıqlanmasından sonra şirkətin səhmləri premarket ticarətdə təxminən 1.5 % artıb. Bu artım 16 aprel tarixində açıqlanan birinci rüb (Q1) hesabatından sonra səhmlərin 10 %-ə qədər dəyər itirməsindən sonra baş verib.
    Netflix tăng giá vài gói dịch vụ khi lượng thuê bao tăng - Forbes Việt Nam
        Netflix-in 2026-cı ilin birinci rübü üzrə gəlirləri illik müqayisədə 16 % artaraq 12.25 milyard dollara çatıb və analitiklərin 12.18 milyard dollar gözləntisini üstələyib. Səhm başına mənfəət (EPS) isə 1.23 dollar olub ki, bu da şirkətin öz proqnozundan (0.76 dollar) xeyli yüksəkdir. Lakin bu göstəriciyə 2.8 milyard dollarlıq birdəfəlik gəlir ciddi təsir edib. Bu məbləğ Warner Bros. Discovery aktivlərinin alınması ilə bağlı razılaşmadan imtina etdikdən sonra əldə edilən kompensasiya ödənişidir. Bu faktor çıxıldıqda, real əməliyyat mənfəəti təxminən 0.58 dollar təşkil edir.
        Şirkətin ümumi abunəçi sayı 325 milyonu keçib. Reklamlı paket isə artıq 12 ölkədə 190 milyon aylıq aktiv istifadəçiyə çatıb və ilin sonuna qədər reklam gəlirlərinin 3 milyard dollara yaxınlaşacağı gözlənilir. Səhm qiymətlərindəki düşüşün əsas səbəbi gələcək proqnozların gözləntilərdən zəif olmasıdır:
    • 2026-cı ilin ikinci rübü üçün gəlir proqnozu 12.574 milyard dollar olub ki, bu da analitiklərin 12.63 milyard dollar gözləntisindən aşağıdır
    • İllik əməliyyat marjası 31.5 % səviyyəsində saxlanılıb, halbuki bazar 32 % gözləyirdi
    • Şirkətin həmtəsisçisi Reed Hastings iyun 2026-dan sonra direktorlar şurasını tərk edəcəyini açıqlayıb
        Şirkət bu addımı ilə bazara belə bir mesaj verir: əldə etdiyi böyük nağd vəsaiti yeni böyük alışlara deyil, öz səhmlərini geri almağa yönəltmək daha məqsədəuyğundur. Bu isə mövcud investorlar üçün hər səhm üzrə dəyərin artırılması deməkdir.
     
    Paylaş