
Netflix, tamamilə pulsuz abunəlik planı təklif etməyi düşünür!
Digər
24.06.2024
Aslan
Netflix-in indiyə qədərki ən radikal abunə dəyişikliyini nəzərdən keçirdiyi bildirilir. Rəqəmsal platforma, reklamlarla dəstəklənən tamamilə pulsuz plan təklif etməyi düşünür.
Netflix, pulsuz abunəlik planını daha öncələr Keniyada sınaqdan keçirmiş və bir müddətdən sonra bu abunəlik planını, dayandırmışdı. Şirkətin hazırda düşündüyü şey, daha böyük bazarlarda (məsələn, Asiya və Avropa) pulsuz abunəlik planı təklif etməklə irəliyə doğru böyük bir addım atmaqdır. Bloomberg-ə görə, pulsuz abunəlik planı ilk öncə Almaniya və Yaponiya kimi ölkələrdə təklif ediləcək.

Lakin tamamilə pulsuz Netflix abunəliyi tezliklə mümkün olacaq kimi görünmür. Bloomberg mənbələri bildirirlər ki, bu plan hazırda yalnız şirkət daxilində müzakirə olunur. Aydındır ki, bu təklif, şirkətə xüsusilə aşağı gəlirli istehlakçıların cari qiymətlərlə bu xidməti ala bilmədiyi ölkələrdə abunəçi sayını saxlamağa kömək edəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
