Netflix Warner Bros. Discovery üçün təklifini yenilədi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Netflix Warner Bros. Discovery şirkətini almaq üçün verdiyi təklifi yeniləyərək, əvvəlki nağd pul və səhmlərdən ibarət razılaşmanı tam nağd (all-cash) təkliflə əvəzləyib. Yenilənmiş razılaşmaya əsasən, WBD səhmdarları hər səhm üçün 27,75 dollar nağd pul əldə edəcək və əlavə olaraq Discovery Global-ın planlaşdırılan ayrılmasından gəlir əldə olunacaq.
Netflix-in bu addımı rəqib namizəd Paramount-un 108 milyard dollarlıq tam nağd satınalma təklifi ilə WBD səhmdarlarına təzyiq göstərməsindən sonra prosesi sürətləndirmək məqsədi daşıyır. Netflix-in həmsədri Ted Sarandos bildirib ki, yenilənmiş razılaşma həm maliyyə baxımından daha aydınlıq yaradır, həm də səhmdar səsverməsinin daha tez keçirilməsinə imkan verəcək.
Əvvəlki razılaşmaya görə WBD səhmdarları 23,25 dollar nağd pul və Netflix səhmləri almalı idi. Lakin Netflix səhmlərinin qiymətinin enməsi və Paramount-un “üstün təklif” adlandırdığı nağd satınalma cəhdi bu razılaşmanı sual altına salmışdı. Bloomberg yanvarın 13-də dəyişikliklərlə bağlı məlumat yaymış, WBD isə David Ellison-un rəhbərlik etdiyi şirkətin məhkəmə iddiaları ilə də üzləşmişdi.
Paylaş