Logo
    main-post-cover

    Netflix Warner Bros.-u 82,7 milyard dollarlıq sövdələşmə ilə satın alır

    Digər
    05.12.2025
    Sevinc
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Netflix Hollivud tarixinin ən böyük razılaşmalarından birinə imza atdığını açıqlayıb. Şirkət Warner Bros.-u 82,7 milyard dollar dəyərindəki müqavilə ilə satın alır. Bu müqaviləyə HBO Max və HBO studiyası da daxildir.
     
        Hazırda Netflix-in 300 milyon ödənişli abunəçisi var. HBO Max və Discovery+ birlikdə təxminən 128 milyon abunəçiyə malikdir. Sövdələşmənin həcmi də diqqət çəkir. Netflix Warner Bros.-un bazar dəyəri 60 milyard dollar olduğu halda, şirkəti almaq üçün 72 milyard dollar investisiya qoyur.
        Warner Bros. Discovery oktyabr ayında zəif yayımlanma göstəriciləri və böyük borc yükü səbəbindən satılacağını açıqlamışdı. Şirkətlə maraqlananlar arasında bir neçə namizəd vardı və onların içində ən güclü namizəd kimi Paramount göstərilirdi.
        Satınalmanın 2026-cı ilin üçüncü rübündə tamamlanması gözlənilir.
    Paylaş