Nexus 700 milyon dollarlıq yeni fondunun yarısını Hindistan startaplarına ayıracaq
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nexus Venture Partners süni intellekt dalğası fonunda yeni yaratdığı 700 milyon dollarlıq fondu daha balanslı şəkildə bölməyi seçib. Bir çox vençur şirkətləri yalnız AI startaplarına fokuslanarkən, Nexus fondun yarısını AI layihələrinə, digər yarısını isə Hindistan yönümlü startaplara, xüsusilə istehlakçı, fintex və rəqəmsal infrastruktur sahəsinə yatıracaq.
2006-cı ildə yaradılan və Menlo Park, Mumbai və Benqaluruda ofisləri olan Nexus, ABŞ və Hindistanda fəaliyyət göstərən vahid komanda ilə işləyir. Şirkət həm ABŞ-də erkən mərhələli proqram təminatı startaplarına, həm də Hindistan bazarı üçün istehlakçı və fintex layihələrinə eyni kapital hovuzundan sərmayə qoyur.
ABŞ portfelinə Postman, Apollo, MinIO, Giga və Firecrawl kimi geniş istifadə olunan developer alətləri və AI infrastrukturu şirkətləri daxildir. Hindistan portfelində isə Zepto, Delhivery, Rapido, Turtlemint və Infra.Market kimi tanınmış adlar yer alır.
Nexus-un idarə etdiyi kapitalın ümumi həcmi 3,2 milyard dollardır və şirkət bu illər ərzində 130-dan çox startapa sərmayə qoyub.
Paylaş