
Nəyə görə insanlar bir neçə sosial şəbəkədən istifadə edirlər?
Qərb mətbuatı Pittsburq Universiteti mütəxəssislərinin sonuncu araşdırmalarını təqdim ediblər.
Sözügedən mütəxəssislər belə bir nəticəyə gəliblər ki, bir
neçə sosial şəbəkə istifadəçiləri daha çox depressiyaya yönəlik insanlardır. Təcrübə
çərçivəsində 19-21 yaş arası 1.5 min insan dəvət olunub. Onlar əsasən sosial şəbəkələrdə keçirtdikləri zaman və depressiyalarının səviyyələri haqqında suallara cavab
veriblər. Həmçinin onların təhsili, maliyyə durumları, ilişkiləri və digər
faktorlar da nəzərə alınmışdır. Bütün bu faktorlar insan psixologiyasına təsir
edir. Alimlər qeyd ediblər ki, bir çox sosial şəbəkələr insanlara mənfi təsir
göstərir və onların depressiyaya qapılmalarına gətirib çıxardırlar. Məhz buna
görə ən optimal seçim iki növ sosial şəbəkə işlətməkdir. Gün ərzində 7-11 növ
sosial şəbəkə istifadəsi nəticəsində insanda həyəcan hissi yarana və sonra
depressiv vəziyyətə keçid edə bilər.
Paylaş
Bənzər xəbərlər