
Nəyə görə itlərlə ünsiyyətdə olanda danışığımıza fikir verməliyik?
İt heç zaman öz sahibini məhkum etməz. Çünki o, sahibinin nə dediyini anlamır. Lakin bəlkədə hər şey bu qədər sadə deyil.
Doğrudanmı insanlar və itlər nitqin anlaşılması üçün fəaliyyət
göstərən eyni sinir bölmələrinə sahibdirlər? İnsanlar nitq və intonasiya
anlaşılması barəsində böyük inkişafa sahibdirlər. Müşahidələrə əsasən itlər də
həmin prosesi yerinə yetirə bilirlər. Lakin daha kiçik miqyasda. Amerikanın
Elmin İnkişafına Yardım Assosiasiyasının (AAAS) sözlərinə görə müşahidəçilər
itlərin sahiblərinin səsyazmalardakı səslərinə qulaq asan zaman onların beyinlərini
MRT vasitəsilə müşahidə ediblər. "Technote.az"ın "Ru.pcmag.com"a istinadən verdiyi xəbərə əsasən itlərin beynindəki neyron aktivliyini
araşdırandan sonra alimlər maraqlı nəticəyə gəliblər.
Onlar müəyyən ediblər ki, itlər öz sahiblərinin nitq və
intonasiyasını anlamaqdan əlavə məlumatları adi insan beyni kimi emal edirdilər.
Bundan əlavə olaraq aparılmış müşahidələr əsasında məlum olub ki, itlər də
insanlar kimi müəyyən sözlərin mənasını başa düşmək üçün beynin sol yarımkürəsindən
istifadə edirlər. Yaxşı sözlər ilə xeyirxah intonasiyanın birləşməsi itlərə
böyük zövq verirdi. "Bu onu sübut edir ki, itlər sahiblərinin nə dediklərini və
necə dediklərini başa düşürlər. Bununla yanaşı onlar bu iki faktoru sahibin nə
dediyini anlamaq üçün birləşdirirlər” - deyə müşahidəçilər bildiriblər. Digər
sözlə desək itlər sizin nə dediyinizi anlaya bilirlər. Ona görə də nə dediyinizə
fikir verin.
Paylaş
Bənzər xəbərlər