NFC ödənişlərdə gecikmə: vəsaitlər əvvəlki gedişlərə görə tutulur
İctimai nəqliyyatda NFC ödənişləri zamanı vəsait bəzi hallarda bank kartlarından gecikmə ilə tutulur. Bu, gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
Technote.az xəbər verir ki, bu barədə NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlamasında bilidirlib.
Vurğulanıb ki, gedişlər üzrə ödənişlər dərhal deyil, müəyyən zaman intervalı ilə emal olunur. Bu səbəbdən istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər.
Məlumata görə, hazırda müşahidə olunan çıxılmalar 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərə aiddir. Kartdan çıxılan məbləğlər cari günün deyil, əvvəlki istifadəni əhatə edir.
Qeyd olunur ki, hər bir gediş ayrıca və düzgün şəkildə emal edilir. Sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur.
Sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaq tövsiyə olunur. Bu, çıxılmaların səbəbini aydın görməyə kömək edir.
Layihənin operatoru “BakıKart”dır. Suallar yarandıqda istifadəçilər birbaşa operatora müraciət edə bilərlər.
Paylaş
Bənzər xəbərlər