Logo
    main-post-cover

    Nintendo ABŞ hökumətini məhkəməyə verdi

    Digər
    07.03.2026
    Ilhama
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nintendo ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldıraraq tətbiq edilən gömrük tariflərinə görə ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir. Şirkət bildirib ki, bu tariflər Donald Trump tərəfindən imzalanmış sərəncamlar əsasında tətbiq olunub.
         Məlumata görə, iddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsində qaldırılıb. Şirkət tariflərin tətbiqinin hüquqi əsasının olmadığını və bu səbəbdən ödədiyi rüsumların geri qaytarılmalı olduğunu bildirir. Söhbət prezidentin fövqəladə səlahiyyətlərini tənzimləyən International Emergency Economic Powers Act qanununa əsasən tətbiq edilən tariflərdən gedir.
         ABŞ Ali Məhkəməsi daha əvvəl bu qanun əsasında tətbiq olunan tariflərin ləğv edilməsinə qərar verib və prezidentin səlahiyyətlərini aşdığını bildirib. Bu qərardan sonra artıq minlərlə şirkət ödədikləri tariflərin geri qaytarılması üçün məhkəməyə müraciət edib.
         Nintendo-nun şikayətinə görə, bu tariflər nəticəsində idxal mallarından ümumilikdə 200 milyard dollardan çox vəsait toplanıb. Şirkət TechCrunch nəşrinə açıqlamasında yalnız iddianın qaldırıldığını təsdiqləyib və əlavə şərh verməkdən imtina edib.
    Paylaş