Niyə gəmilər bəzən balinalar kimi havaya su fışqırır?
Digər
17.05.2024
Farid Pardashunas
Hər iki tərəfdən havaya su fışqıran bəzi gəmiləri görmüsünüz. Bəs onların bu maraqlı addımı atmasının səbəbi nədir?
Başqa bir gəminin qarşısında irəliləyən daha kiçik bir gəmiyə bənzəyən yedək gəmisinin havaya su səpməsi anının videoları bəzən X (keçmiş Twitter) və Instagram kimi sosial şəbəkələrdə paylaşılır və maraq mövzusuna çevrilir. Bəs, nə üçün kiçik bir gəmi böyük bir gəminin qarşısında irəliləyərək sağa-sola təzyiqlə su fışqırır?
Su, liman daxilində və ya kənarda gəmilərə kömək edən yedək gəmilərindəki yanğınsöndürmə borularından püskürdülür və yedək gəmiləri bunu “su salamı” olaraq adlandırırlar. Bu, müəyyən bir gəminin gəlişini və ya getməsini qeyd etmək üçün ənənəvi bir mərasim kimi həyata keçirilə və məhsuldarlıq gətirmək kimi müxtəlif xurafatlarla əlaqələndirilə bilər, lakin təbii ki, su püskürmə şlanqları tək bunun üçün istifadə olunmur.
Belə ki, bu su püskürtmə boruları, həmçinin gəmilərin kənarlarında suyu təmizləmək və ya digər gəmilərdə alov baş verdikdə yanğınla mübarizə aparmaq üçün istifadə oluna bilər. Əslində, mümkün yanğın zamanı istifadə oluna biləcəyinə əmin olmaq üçün hər ay sınaqdan keçirilir. Bundan əlavə, onlar gəmilərin su saxlamaq üçün olan hissəsini daha təmiz saxlayırlar. Bu hissədə çox su yığıldıqda, yedək gəmisi fışqıran böyük nasoslardan istifadə edərək suyu boşaldır .
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!