
Niyə "Hoh" Deyəndə İsti, "Püf" Deyəndə Soyuq Hava Gəlir?
Necə ola bilər? - deyə düşünənlər elə indi yoxlaya bilərlər. Həqiqətən də hoh deyəndə isti, püf deyəndə soyuq hava çıxır ağzımızdan. Bəs səbəb nədir?
Hoh deyəndə ağciyərdəki isti havanı xaric edirik. Püf deyəndə isə hələ ciyərə getməmiş, nəfəs borusunda qalan havanı yüksək təzyiqlə xaric edirik. Yüksək təzyiq və sürət dəriyə təmas etdiyi zaman soyuqluq hissi yaradır.
Diqqət etsəz görərsiniz ki, hoh-layarkən ağzımız ola bildiyi qədər açıq olur çünki nəfəsi daxildən gətirməyə cəhd edirik. Püf-ləyərkən isə fərqli olaraq ağzımızı ola bildiyi qədər kiçildib, yanaqları şişirdib təzyiq yaradırıq və normal olaraq kiçik boşluqdan şiddətli və sürətli hava çıxır. Sürətlə hərəkət edən molekullar dəydiyi yerdə soyumağa səbəb olur. Bu, eynilə küləkli havada paltarların daha tez quruması kimidir.
Paylaş
Bənzər xəbərlər