
Nothing və Elon Musk Jaguar-ın yeni loqosunu ələ salıblar!
Digər
21.11.2024
Aslan
Jaguar bu yaxınlarda minimalist loqo və qeyri-ənənəvi reklam kampaniyası ilə çıxış edərək, radikal bir marka yenilənmə prosesinə girdi. Nothing və Elon Musk isə bu kampaniyaya qarşı səssiz qalmayıblar.
Nothing, son vaxtlar mübahisələrə səbəb olan Jaguar-ın marka yeniləmə işlərinə zarafatla yanaşaraq cavab verib. Jaguar-ın sadələşdirilmiş yeni loqosu və avtomobildən çox texnologiyaya yönəlmiş “Copy Nothing” kampaniyası sosial şəbəkələrdə geniş müzakirə doğurmuş və tənqidlərin hədəfi olmuşdu. Bu vəziyyətdən faydalanan Nothing, Jaguar-ın yeni loqosunu lağa qoyan bir addım atıb. Şirkət, X-dəki profil loqosunu Jaguar-ın dizaynına bənzər şəkildə yeniləyib və bio hissəsinə “Copy Jaguar” yazaraq ironik bir mesaj verib.
Bu yumoristik yanaşma sosial mediada böyük diqqət çəkərək Nothing-in məşhurluğunu artırıb. Bəzi istifadəçilər Nothing-in zarafat məqsədli loqosunun belə daha yaxşı olduğunu bildirib. Digər tərəfdən, Nothing-in bu addımını “ilin ən ağıllı marketinq strategiyası” adlandıranlar da olub.
Jaguar-ın yeni markalaşma kampaniyası isə avtomobil modellərini arxa planda saxlaması və texnologiya yönümlü vizuallardan istifadə etməsi səbəbilə tənqid edilmişdi. Kampaniyada “Canlı Yaşa”, “Adiliyi Sil” və “Stereotipləri Sındır” kimi şüarlar yer alırdı. Lakin bu kampaniyada avtomobillərlə bağlı heç bir vurğu edilmirdi və daha çox texnoloji geyimlər geyinmiş modellər diqqət mərkəzində idi. Bu məsələyə Elon Musk da biganə qalmayıb. Şirkətin paylaşımına şərh yazan Musk, “Avtomobil satırsınız?” deyə ironik bir sual verib.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
