
Insan niyə həmişə yuxu görmür?
Elə vaxtla olur ki, insan uzun müddət yatdığı zaman yuxu görmür. Bunun səbəbini alimlər müəyyən ediblər.
Tədqiqatçıların sözlərinə görə
insan yatan zaman beyin orqanizmin iş prinsipində baş vermiş problemləri aradan
qaldırmağa diqqətini yönəltdiyi üçün insan yuxu görmür. Alimlər müəyyən ediblər
ki, insan beyni 24 saat ərzində hətta insan yatan zaman belə çalışır. Onlar bir
faktı da qeyd ediblər ki, insan yatan zaman beyin xüsusi bir rejimə keçid
etmir. Beyin orqanizmdə baş vermiş problemləri aradan qaldırdığı üçün insan
yuxu görmür. Bu halda insan həssas şəkildə yatır və kiçik bir səs belə onun oyanmasına
səbəb ola bilər. "Technote.az”ın "Vm.ru”a istinadən verdiyi məlumata əsasən bu
cür nəticəyə britaniyalı alimlər gəliblər. Daha əvvəl isə britaniyalı alimlər
müəyyən ediblər ki, Instagram sosial şəbəkəsində paylaşılmış fotodakı rəng
palitrasından insanın depressiya səviyyəsini müəyyən etmək olar.
Paylaş
Bənzər xəbərlər