Logo
    main-post-cover

    Odoo-nun dəyəri 7 milyard avronu keçdi

    Digər
    20.01.2026
    Ilhama
        Technote.az “The Next Web” platformasına istinadən bildirir ki, Belçikanın biznes proqram təminatı istehsalçısı Odoo növbəti mühüm mərhələni geridə qoyub. Qlobal böyümə investorlarından biri olan General Atlantic şirkətdəki payını artıraraq Odoo-nun bazar dəyərini təxminən 7 milyard avroya yüksəldib.
    Odoo Receives $164 Million to Expand Business Software Suite
        Bu razılaşma klassik investisiya raundu deyil. Burada yeni kapital cəlbi baş verməyib. General Atlantic Odoo-nun səhmlərini Belçikanın Valon regionuna məxsus investisiya qurumu olan Wallonie Entreprendre-dən alıb. Sövdələşmədən sonra Wallonie Entreprendre şirkətdə təxminən 3 faiz payını qoruyub saxlayır. Odoo 2002-ci ildə Belçika-da yaradılıb və illər ərzində kiçik bir layihədən qlobal miqyaslı proqram platformasına çevrilib. Şirkət maliyyə, satış, insan resursları, marketinq və digər sahələri əhatə edən inteqrə olunmuş biznes tətbiqləri paketi təqdim edir və əsasən kiçik və orta sahibkarlıq subyektlərinə xidmət göstərir.
        Platforma “open-core” modelinə əsaslanır və bu yanaşma dünyanın müxtəlif yerlərindən olan proqramçıların əlavələr (plug-in) yaratmasını təşviq edir. Nəticədə Odoo ekosistemində 40 minə yaxın əlavə modul formalaşıb. Hazırda Odoo 180-dən çox ölkədə 170 mindən artıq ödənişli müştəriyə xidmət göstərir. Məhz bu geniş qlobal mövcudluq və stabil gəlir artımı General Atlantic-in şirkətdəki iştirakını daha da dərinləşdirməsinə səbəb olub.
    Paylaş
    Bənzər xəbərlər