
OnePlus 6T'nin keyfiyyətli real fotoları sızdırıldı
OnePlus şirkətinin yeni smartfon modeli olan OnePlus 6T-nin
keyfiyyətli real fotoları Weibo sosial şəbəkəsində yayılıb. Fotolardan da görmək
olar ki, yeni smartfon V şəkilli kiçik çıxıntı hissəyə, ekrana inteqrasiya
olunmuş barmaq izi skanı texnologiyasına və nazik aşağı çərçivəyə sahib
olacaq. Əks olunmuş fotolarda smartfonun Always-On-Display rejimində çalışdığı
üçün çox güman ki, OnePlus 6T OLED ekranla təchiz olunacaq. Bu barədə əvvəlki məlumat
sızıntılarında da qeyd olunurdu. Həmçinin smartfonun komplektində qoruyucu keys
də olacaq. Mübahisəli məsələ isə smartfonun 3.5 mm-lik audiogirişdən məhrum
olacağıdır. Belə ki, bir neçə müddət bundan öncə şirkət rəsmi olaraq
bildirmişdi ki, yeni smartfonda həmin audiogiriş olmayacaq.
Paylaş
Bənzər xəbərlər