Orta məktəb şagirdlərinin qurduğu Cal AI artıq MyFitnessPal-a məxsusdur
Technote.az "TechCrunch” platformasına istinadən bildirir ki, sağlam qidalanma və kalori izləmə sahəsində dünyanın ən məşhur platformalarından biri olan MyFitnessPal süni intellekt tətbiqi Cal AI-ı rəsmi olaraq satın alıb.
Demək olar ki, bir ilə yaxın davam edən danışıqlardan sonra bağlanan razılaşmanın maliyyə detalları açıqlanmasa da, Cal AI-ın son iki ildə əldə etdiyi uğur bu satınalmanın kifayət qədər böyük olduğunu göstərir. Tətbiq iki orta məktəb şagirdi tərəfindən qurulub və qısa müddətdə 15 milyondan çox yüklənmə toplayaraq illik 30 milyon dollar gəlirə çatıb. Cal AI ümumilikdə 7 nəfərlik əsas komanda ilə fəaliyyət göstərirdi. Həmtəsisçi və CEO Zach Yadegari və digər təsisçi Henry Langmack daxil olmaqla bütün komanda MyFitnessPal tərəfindən saxlanılıb. Yadegari hazırda universitetdə təhsil alsa da, tətbiqin idarəsini davam etdirir.
Satınalma 2025-ci ilin dekabrında tamamlanıb və artıq Cal AI tətbiqi MyFitnessPal-ın nəhəng qida bazası ilə inteqrasiya edilib. Bu baza 20 milyondan çox qida növünü, 68 mindən artıq brendi və 380-dən çox restoran şəbəkəsinin menyusunu əhatə edir. Bu inteqrasiya Cal AI istifadəçilərinə daha geniş və dəqiq məlumat bazasına çıxış imkanı yaradır.
Paylaş
Bənzər xəbərlər