
OYUN KONSOLLARININ TARİXİ: 70-ci illər (1-ci hissə)
Atari Pong 1975
Magnavox Odyssey-in tennisə oxşar oyununu alıb təkminləşdirən Atari, firmanın ilk ev üçün oyun konsolu olan Pong-u elan etdi. Bu hadisə 1975-ci ildə baş vermişdi. Bu konsol 1972-ci ildə ancaq oyun salonlarında var idi. Ancaq 1975-ci ildən etibarən bu konsol artıq evlərdə ailələri ekrana bağlamağı bacarmışdı. Konsol müharibələrini başladan cihaz Pong-a görə Magnavox şirkəti Atari şirkətini məhkəməyə vermişdi. Xeyli çəkişmədən sonra Magnavox məhkəməni udmuşdu.
Atari Video Pinball 1977
Magnavox-un məhkəməsinə görə satışa çıxarılması bir müddət gecikən Video Pinball adından da göründüyü kimi içərisində Pinball olan oyun konsoludur. İçində 4 fərqli Pinball oyunu, 1 basketbol oyunu olan Video Pinball Apple-ın yaradıcıları Stiv Cobs və Stiv Vozniakın Atari layihəsi idi.
Nintendo Color TV 1977
Nintendonun oyun bazarına ilk ciddi girişi olan COLOR TV sadəcə olaraq Yaponiyada satışa çıxarılmışdı və 3 milyondan çox satmışdı. COLOR TV-nin Atari Pong-dan fərqliliyi onda idi ki, COLOR TV rəngli idi.
Paylaş
Bənzər xəbərlər