Logo
    main-post-cover

    Oyunçular üçün xəyal edilən Atari Hotel Las Vegas-da olmayacaq

    Digər
    19.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, altı il əvvəl elan edilən və ABŞ-nin səkkiz şəhərində oyun temalı hotellərin tikintisini nəzərdə tutan Atari Hotels layihəsinin Las Vegas planı rəsmi olaraq ləğv edilib. Şirkətin sözçüsü Sara Kollinsin Las Vegas Sun nəşrinə verdiyi açıqlamaya görə, Las Vegas üzrə razılaşma reallaşmayıb və layihə hazırda yalnız Phoenix şəhərindəki otelə fokuslanıb.
    Atari-themed hotels unveil design for upcoming Las Vegas and Phoenix  locations - ABC7 Los Angeles
        Phoenix şəhəri əvvəldən Atari Hotels layihəsinin ilk ünvanı kimi planlaşdırılmışdı. Daha sonra Austin, Çikaqo, Denver, Las Vegas, San Fransisko, San Xose və Sietl şəhərlərində də analoji hotellərin inşası nəzərdə tutulurdu. Lakin Las Vegas artıq siyahıdan çıxarılıb və digər şəhərlər üzrə də real irəliləyiş müşahidə olunmur.
        Atari Hotels-in rəsmi saytındakı FAQ bölməsində bildirilir ki, Denver daxil olmaqla bəzi əlavə məkanlar ayrı-ayrı inkişaf və lisenziyalaşdırma müqavilələri çərçivəsində araşdırılır. Qeyd edək ki, layihə 2020-ci ildə COVID-19 pandemiyasından bir qədər əvvəl elan edildiyi üçün ciddi gecikmələrlə üzləşib. Phoenix-də tikintinin ilkin olaraq 2020-ci ildə başlaması planlaşdırılsa da, hazırda işlərin yalnız bu ilin sonuna doğru başlanacağı gözlənilir. 
    Paylaş
    Bənzər xəbərlər