Oyunçuların yarıdan çoxu tək oyunçulu oyunlara üstünlük verir!
Digər
09.10.2024
Farid Pardashunas
MIDiA Research tərəfindən yayımlanan hesabata görə, dünyadakı oyunçuların yarısından çoxu tək oyunçulu rejimli oyunlara üstünlük verir. 16-24 yaş arasındakı gənc oyunçular isə daha çox onlayn PVP oyunlarına maraq göstərirlər.
Araşdırmaya əsasən, dünya üzrə sorğuda iştirak edən 9.000 oyunçunun 53%-i digər oyun növləri ilə müqayisədə tək oyunçulu rejimli oyunları daha çox sevir. Bununla belə, xüsusilə 16-24 yaş qrupları onlayn çox oyunçulu (PVP) oyunlara daha çox maraq göstərir. Fortnite kimi nəhəng oyunların bu yaş qrupunda böyük maraq görməsi, milyard dollarlıq oyun sektorunu canlı xidmət (və ya xidmət oyunları) modellərinə yönəldir. Fortnite-ın son 10 ildə 20 milyard dollar gəlir əldə etməsi, oyun şirkətlərini bu cür oyunlar yaratmağa həvəsləndirir, hətta ənənəvi olaraq tək oyunçulu rejimli oyunlar istehsal edən şirkətlər belə, onlayn modelləri sınamağa başlayıblar.
Sony kimi nəhənglərin də bu trendlə ayaqlaşması, xidmət oyunlarının əhəmiyyətini artırır. Mikro ödəmələr və daim aktiv olan mağaza sistemləri bu oyun növlərinin gəlirliyini artırır. Buna baxmayaraq, araşdırma nəticələri tək oyunçulu rejimli oyunların dünya üzrə populyarlığını qoruduğunu göstərir.
Hesabata görə, yaş artdıqca oyunçu seçimləri dəyişir. 25-34 yaş aralığındakı oyunçular tək oyunçulu rejimli oyunlara daha çox maraq göstərir, 55 yaş və üzərindəki oyunçuların isə 74%-i tək oyunçulu təcrübələrinə üstünlük verirlər. Bu yaş qrupundakı oyunçuların həyat tərzinə daha uyğun olan tək oyunçulu rejimli oyunlar dayandırıla bilməsi və istənilən sürətlə oynanıla bilməsi ilə seçilir. Onlayn xidmət oyunlarından fərqli olaraq, tək oyunçulu rejimli oyunlar oyunçulara daha rahat bir oyun təcrübəsi təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York İslah Departamentinin əməkdaşları, məhbuslarda yaxşı davranışı təşviq etmək üçün 1247 video oyuna 59 min dollar pul xərcləyiblər.
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
Tetris oyun seriyası, bu gün 40 illik yubileyini qeyd edir. 2 mobil versiya oyunu üçün böyük yeniləmə təqdim edilib.
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
"Mançester Siti"nin hücumçusu Erling Haaland "Clash of Clans" oyununa oynana bilən personaj kimi qatılıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!