
Oyunda qapını açmaq üçün 9 il vaxt sərf etdi və nəticədə birinci olmağı bacardı
Bir MMO oyuncusu, oyunda olan gizli qapını açmaq üçün nə az, nə çox tam 9 il əlləşdi. Niyə bir insan virtual bir qapını açmaq üçün bu qədər vaxt sərf etsin?
Tibia, 1997-ci ildə satışa çıxarılmış və hal-hazırda
da bir çox insanın sevərək oynadığı bir oyundur. Çıxışından bu qədər zaman keçməsinə
baxmayaraq, hələ də Almaniya istehsalı bu oyun sevərək oynanılır.
Kharsek adlı bir gamer də bu oyuna illərini
sərf edib desək yanılmarıq. Oyunçu bu oyun tarixində bir ilkə imza atıb və heç
bir oyunçunun etmədiyini edib. Oyunun 999-cu səviyyəsinə çatdıqda bir qapı ilə
qarşılaşırsınız. Bu qapı 2005-ci ildə oyuna əlavə olunmuş və qapının üzərində
belə bir ifadə yer alır: "999 səviyyədə olmağınız mütəxəssis olduğunuza işarə
edir. Bu qapıdan sadəcə layiq olanlar keçə bilər.” Gamer məhz bu sözün
arxasında dayanan qapını açmaq üçün 9 il vaxt sərf edib. Oyunun bu səviyyəsinə qədər gəlmək çox ciddi təcrübə
tələb edir. Tibia adlı bu oyunun qurucusu CipSoft hər hansı şəxsin bu səviyyəyə
çatmasını gözləmədiyini bildirib. Amma Kharsek 2007-ci ildə oyuna başlamasına
baxmayaraq tez bir zamanda bu qapını açmağa nail ola bilib.
Maraqlı tərəf isə Kharsekin içəridə nələrlə
qarşılaşmasıdır. Təəssüf ki, gamer qapıdan keçdikdən sonra oyundan düşüb və
sonradan da heç kimə içəridə olanlar haqda danışmayıb.
Paylaş
Bənzər xəbərlər