
Öz beyin bacarıqlarını sınamağa hazırsan?
Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir.
Biz hamımız əqli səviyyədə
sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter
oyunları oynayırıq.
Heyrətamiz və yeni qlobal
platforma ilə Red Bull Mind Gamers parlaq zehinlər üçün özlərini sınamaq şansı
yaradır.
Bu tədbir artıq
Missiya: "Unlock Enoch” ilə bir yerdə başlayır. Yarışmanın dünya finalında -2017-ci ildə Budapeştdə keçiriləcək "Escape Room" oyunu üzrə qlobal turnirdə
iştirak etmək şansı əldə etmək üçün oyunçular yarışın ilk iki mərhələsində öz
bacarıqlarını sübut etməlidirlər.
Artıq RedBullMindGamers.com/mission/events ünvanında onlayn sınaqlar başlayıb.
Yarışmada iştirak şansı qazanmaq üçün oyunçular öz şəhərini seçib tək oyunçu
(single-player) rejimdə pazl oyunu oynayıb, seçim mərhələsini keçməlidirlər.
Seçim mərhələsini keçmək – ölkə üzrə ən güclülərin siyahısına daxil olmaq deməkdir.
Növbəti mərhələdə qaliblər real həyatda baş tutan seçim turunda iştirak edirlər.
Burada onlayn seçim mərhələsini keçən hər bir oyunçu özünə üç nəfər yoldaş
tapıb, dörd nəfərdən ibarət komanda yaratmalı və məntiq, yaradıcılıq, vizual
qavrama və strategiya sahəsində bacarıqlarından istifadə etməklə 20 dəqiqə ərzində,
komanda şəklində oyunu keçməlidirlər.
Hər
ölkənin ən sürətli komandası Missiya: "Unlock Enoch" dünya çempionatında iştirak
etməyə yollanacaq.Qalib milli komandalar 2017-ci ilin mart ayında təşkil olunacaq dünya çempionatında iştirak etmək üçün Budapeştə (Macarıstan) səyahət təklifi alacaqlar. Burada onlar indiyə qədər görünməmiş, kvant məntiqinə əsaslanan "Escape Room" oyununun iştirakçısı olacaqlar.
Final oyun, bu sahənin
peşəkarları Skot Nikolson, həmçinin Robert Duran, Şon Harrison və Kris Tenuta tərəfindən
Kanadanın Brantford şəhərində yerləşən Wilfrid Laurier Universitetində dizayn
ediləcək və "Fox in the Box" tərəfindən hazırlanacaq.
Layihənin keçirilməsinin
ilham mənbəyi Terra Meyterin çəkdiyi "Mind Gamers" filmi olub, oyun
isə "MIT Game Lab”-ın təşkilatçılığı ilə Massaçusets Texnologiya İnstitutu oyun
laboratoriyasında tədqiqatçı Konstantin Mitqutş hazırlayıb.
"Müxtəlif
ixtisaslar üzrə təhsil alan 40-dan çox tələbə dəvət etdik. Məqsəd ciddi bir məsələni
həll etmək idi: "Qlobal, rəqabət yaradan, birləşdirən, mədəniyyətlərarası
və çitlərə qarşı dözümlü bir oyununu necə hazırlamaq olar". – Minqutş
deyir.
O, əlavə etdi:
"Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, lakin pazl oyunlarının
bir çoxu tək oyunçunun oynaması üçün nəzərdə tutulub. Missiya: "Unlock Enoch”
oyununda oyunçular komanda qura, intellektual qüvvələrini birləşdirə və öz nəticələrini
milli və beynəlxalq səviyyələrdə müqayisə edə bilərlər. Biz bütün ən görkəmli zəkalar
üçün rəqabət məkanı yaratmaq istəyirik".
Bəs onun iştirakçı
komandalara məsləhəti nədir? "Bütün intellektual bacarıqlara malik olan,
üzvləri yüksək səviyyədə ünsiyyət nümayiş etdirən yalnız bir komanda qalib ola
biləcək".
Hal-hazırda bütün
dünya ölkələri üzrə milli seçim turları keçirilir. Bu yarışmalarda 8000-dən çox
ən müxtəlif oyunçu iştirak edir.
Bütün tədbirlər və
onlayn seçim mərhələsində iştirak haqqında əlavə məlumat almaq üçün "Red
Bull Mind Gamers" rəsmi saytına daxil ol.
Paylaş
Bənzər xəbərlər