main-post-cover

    'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala salacaq'

    Digər
    23.04.2020
    Farid Pardashunas
        İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamətlərdə özlərini biruzə verə bilərlər. Məsələn heç kim təsəvvür edə bilməzdi ki, 2007-ci ildə ABŞ-da olmuş ipoteka böhranı 2010-cu ildə Yunanıstan büdcəsinin çöküşünə səbəb olacaq. Və ya heç im öncədən bilə bilməzdi ki, 1929-cu ildə Nyu York-da səhmlər bazarının çökməsi nəticədə 1930-cu illərdə Avropada faşistlərin hərəkatına səbəb olacaq.
        COVID-19 pandemiyası qlobal iqtisadiyyatdakı dəyişiklikləri sürətləndirəcək və onu tanınmaz hala salacaq. Bu cür fikirləri New York Times saytının iqtisadi mütəxəssisi Neil Irwin səsləndirib. Hal hazırda stabil olmayan şəraitdə növbəti 5 il və ya hətta bir neçə ay üçün iqtisadi proqnoz vermək lovğalıq hesab olunar. Lakin əvvəlki çətin vəziyyətlərdən bir vacib nəticəni çıxarmaq olar.
    Böhranlar yaxşı zamanlarda diqqət çəkməmiş problemləri ön plana salmaq özəlliyinə sahibdirlər.
        Ən böyük problemlərdən biri də qloballaşmadır. Şirkətlər istehsalat prosesini daha effektiv yerə keçirdə bilərlər. Pul axını isə istehsalat proseslərinin daha çox gəlir gətirdiyi yerlərə istiqamətlənəcək. Mərkəzi yeri ABŞ olan dünya iqtisadiyyatı ideyası ABŞ və Çindəki millətpərəst tendensiyalar səbəbilə parçalara ayrılır. Görünür, COVID-19 pandemiyası bu tendensiyanı daha da sürətləndirəcək
     “Bir ölkənin digər ölkədən hansı səviyyədə asılı olmaq istəyi fikrinin yeni məna ilə dərk edilməsi baş verəcək. Mən düşünmürəm ki, bu, qloballaşmanın təməl sonu olacaq. Lakin bu, Tramp administrasiyasının düşüncə tərzini gücləndirəcək: Vacib texnologiyalar, resurslar, ehtiyat istehsal gücləri mövcuddurlar və böhran zamanı onlar ABŞ-da qalmalıdırlar” - deyə ABŞ-ın beynəlxalq əlaqələr üzrə şurasının baş elmi əməkdaşı Elizabeth Economy qeyd edib.
        Bir neçə misal: Fransanın maliyyə naziri yerli şirkətlərə istehsalat zəncirlərində dəyişikliklərin edilməsi əmrini verib. Bu üsul ilə Fransa hökuməti Çindən və başqa Asiya ölkələrindən asılılığını azaltmaq istəyir. ABŞ-n sərhəd-gömrük xidməti bildirib ki, o, bir sıra tibbi preparatların eksportunu qadağan edəcək. Bir neçə müddət bundan öncə isə senator Lindsay Graham, ABŞ hökumətinə təklif etdi ki, virusu ələ ala bilmədiyi üçün onlar Çini cəzalandırmalıdırlar. Senator təklif etdi ki, ABŞ hökuməti Çinə olan borcunu sıfırlasın. Bu cür addım dünya maliyyə sisteminin təməli rolunda çıxış edən ABŞ-ın mövqeyini dəyişə bilər.
        Çin də öz növbəsində iqtisadiyyatında dəyişikliklər etmək istəyir. Çin artıq ucuz əmək bazarını və istehsal gücünü təmin edən ölkə olmaq istəmir. ABŞ-dan, Avropadan və Yaponiyadan olan şirkətlər artıq öz zavodlarını Çində yerləşdirmək üçün o qədər də həvəsli deyillər. Bununla yanaşı həmin şirkətlər öz texnologiyalarının oğurlanmasından qorxurlar.
    Son 12 il, 100 il bundan əvvəlki (1918-ci ildən 1939-cu ilə kimi) hadisələri xatırladır: Qlobal maliyyə böhranı, avtoritar dövlətlərin artımı, yeni iqtisadi fövqəldövlətin yaranması və pandemiya. Düzdü, həmin illərdə olan hadisələrin sıranlanması ilə indiki vaxtın hadisələrinin sıralanması eyni deyil. Lakin həmin illərdə baş vermiş böhranların nəticədə nəyə gətirib çıxardıqlarını hamı bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər