
Paper4Everyone ilə vərəqdə yazılanlar monitorda əks olunur!
Hər
nə qədər smartfonlar və kompüterlər həyatımızın bir hissəsinə çevrilsə də nəyisə
lövhə və ya vərəq üzərində izah etmək bir çoxları üçün daha instinktivdir.
Paper4Everyone adlı Kickstarter proyekti bu məsələyə həll yolu tapıb. Qələm,
xüsusi vərəq və Windows proqramı vasitəsi ilə vərəqdə yazılanları birbaşa
monitora ötürə biliən cihaz həmişəki vərdişlərdən imtina etmədən texnologiyadan
da istifadə etməyə imkan yaradır. Çəkilənləri PNG, PDF və SVG formatları ilə
problemsiz şəkildə monitora ötürən Paper4Everyone qələminin satışına 50.000
dollar toplandıqdan sonra başlanacaq. Bir qələmin (vərəqlər və cihaz üçün
batareya) qiyməti isə 150 dollar olacaq.
Paylaş
Bənzər xəbərlər