
"Pasfic Rim 2" filmindən yeni məlumatlar
Universal və Legendary studiyaları "Pasific Rim 2” filminin premyera
tarixini açıqlayıblar. Deməli film 23 Fevral 2018-ci ildə izləyicilərə təqdim
olunacaq. Hal-hazırda filmin həmin premyera tarixi üçün rəqibi yoxdur. Lakin 16
Fevral 2018-ci ildə "Black
Panther” filminin premyerası baş tutacaq. "Pasific Rim 2” filminin süjet
xətti və aktyorlar siyahısı hələki məlum deyil. Bir neçə müddət bundan öncə məlumat
verilmişdi ki, filmdə baş rolu hamıya "Star Wars Episode VII: The Force Awakens”
filmindən Finn obrazı ilə tanış olan John Boyega canlandıracaq. Məlumata əsasən
aktyor birinci filmdə Idris Elba-nın canlandırdığı personajın oğlu rolunda
olacaq. Bundan əlavə bilinmir ki, ikinci filmdə keçmiş aktyorlar qayıdacaq
yoxsa yox. Qeyd edək ki, "Pasific
Rim 2” filminin rejissoru Steven S. DeKnight olacaq. Birinci filmin
rejissoru olmuş Guillermo Del Toro isə çox güman ki, ikinci filmin prodüsseri
qismində çıxış edəcək. Filmin çəkilişlərinin bu ilin 4-cü rübündə başlayacağı
gözlənilir.
Paylaş
Bənzər xəbərlər