Logo
    main-post-cover

    PayPal ABŞ-də rəsmi bank statusu almaq üçün müraciət edib

    Digər
    16.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, PayPal ABŞ-də rəsmi bank statusu almaq üçün müraciət edib. Şirkət bazar ertəsi günü PayPal Bank adı ilə Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) və Yuta Maliyyə Qurumları Departamentinə (UDFI) sənədlər təqdim etdiyini açıqlayıb. Qeyd edək ki, PayPal artıq Avropada, Lüksemburq əsasında fəaliyyət göstərən bank statusuna malikdir.
    PayPal pursues ad platform tied to data | Payments Dive
        Şirkətin məlumatına görə, PayPal indiyə qədər dünya üzrə 420 mindən çox biznes hesabına ümumilikdə 30 milyard dollardan artıq kredit və dövriyyə kapitalı təqdim edib. ABŞ-də bank yaratmaq təşəbbüsünün əsas məqsədi isə kiçik bizneslərin maliyyəyə çıxışını asanlaşdırmaqdır. PayPal-ın prezidenti və baş icraçı direktoru Aleks Kriss bildirib ki, kapitala çıxış hələ də bir çox kiçik biznes üçün ciddi maneə olaraq qalır və PayPal Bank-ın yaradılması bu problemlərin aradan qaldırılmasına kömək edəcək. Planlara əsasən, PayPal bank statusu qazandıqdan sonra faiz gətirən əmanət hesabları da təqdim edəcək. Təsdiq ediləcəyi təqdirdə, PayPal Bank Yuta ştatında qeydiyyatdan keçmiş bank kimi fəaliyyət göstərəcək.
        Son dövrlərdə ABŞ-də bank lisenziyası üçün müraciət edən şirkətlərin sayı artıb. Xüsusilə Donald Trump administrasiyası dövründə maliyyə tənzimləmələrinin yumşaldılması bu prosesə təkan verib. Məsələn, ötən həftə ABŞ-nin Valyuta Nəzarəti Ofisi (OCC) BitGo, Circle və Ripple daxil olmaqla beş kriptovalyuta şirkətinə federal etibar bankı statusu üçün şərti icazə verildiyini açıqlayıb. OCC rəhbəri Conatan V. Gould bu cür yeni iştirakçıların bank sektorunda rəqabəti artırdığını, istehlakçılar üçün yeni məhsul və xidmətlərin yaranmasına şərait yaratdığını bildirib.
    Paylaş
    Bənzər xəbərlər