main-post-cover

    Plastik məhsulları 1000 dəfə daha sürətlə məhv edən bakteriyalar aşkar edilib

    Digər
    18.04.2018
    Farid Pardashunas
    Yaponiyalı alimlər plastik materialı bir neçə günə məhv edən ferment yaradıblar. Həmin ferment əsasən da plastik butulka məhsullarını daha sürətlə məhv edir. Bu barədə Engadget saytı xəbər verib. 2016-cı ildə Yaponiyanın zibilxanalarında təsadüfi olaraq yeni bakteriyalar aşkar olunmuşdu. Həmin bakteriyalar plastik materialları 1000 dəfə daha sürətlə məhv edirlər. Bunu təsəvvür etmək üçün qeyd etmək lazımdır ki, 1 plastik butulka normal şəraitdə 100 ildən çox müddət ərzində məhv olur.
    İndi isə alimlər yaradılmış yeni fermenti sintezləşdirməyi bacarıblar. Bunun sayəsində o, plastik məhsulu tez bir zamanda məhv edir. Bundan əlavə olaraq alimlər bu bakteriyaları təkmilləşdirməyi planlaşdırırlar. Beləliklə onlar digər plastik məhsulları da məhv edə biləcəklər. Gələcəkdə isə ferment plastik məhsulları, onların yaradılması üçün istifadə olunan materiallara ayrıa bilər. Beləliklə emal olunmuş plastik məhsullardan yeni plastik məhsulları hazırlamaq mümkün olacaq. Bu isə öz növbəsində bütün dünya üzrə neftdən istifadəni və zibilxanalara tullantı miqdarını azaldacaq. Qeyd etmək lazımdır ki, hər il dünya okeanı 8 milyon ton plastik məhsullar ilə çirkləndirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər