Logo
    main-post-cover

    Pluto yenidən planet statusu ala bilər

    Digər
    07.05.2017
    Farid
    Beynəlxalq Astronomiya İttifaqınının 2006-cı ildə "planet olmaq üçün lazımlı xüsusiyyətlər" qaydalarında dəyişiklil etməsindən sonra Pluto əsas doqquzluqdan çıxarılaraq cırtdan planetlər siyahısına əlavə edilmişdi. Lakin New Horizons-un Plutonun bu günə qədər əldə olunan ən yaxın görüntülərini əldə etməsindən sonra planetin yenidən süd yolundaki digər 8 əsas planetə əlavə olunması mövzusu yenidən gündəmə gəldi. New Horizons-un NASA-ya göndərdiyi məlumat və görüntülərdə Plutonun düşünüləndən daha böyük olduğu və yararlı geoloji xüsusiyyətlərə sahib olduğu məlum olması ilə başda New Horizons komandası olmaqla bir çox elmi tədqiqatçı artıq rahatlıqla Plutona planet deyə biləcəklərini açıqlayıblar. Lakin Beynəlxalq Astronomiya İttifaqı hələ ki, bu mövzu haqqında dəqiq bir açıqlama verməyib.
     
    Paylaş
    Bənzər xəbərlər