
Pluton alimləri şoka salmaqda davam edir
NASA-nın son günlərdə yaydığı Plutonun rəngli şəkli cırtdan planet
haqqında yeni əlamətləri ortaya çıxardı. Bu şəkil New Horizons kosmik gəmisi
tərəfindən göndərilmiş və NASA tərəfindən planetin səthindəki rəng fərqlərini
ortaya çıxarmaq üçün xüsüsi yöntəmlə rənglənmişdir. Diqqətləri üzərinə çəkən
hissə isə planetin ürək formalı hissəsidir. Alimlər həmin hissədə kraterlərin
olmamasının yalnız bir mənasının olduğunu deyir ki,bu da oranın səthinin yeni
olmasıdır.Bəs bu o deməkdir ki, Pluton geoloji aktivdir?
Araşdırmacıların fikrinə görə, ürək formalı hissənin 10 milyon yaşı
var. Nəzərə alsaq ki,günəş sisteminin 4.5 milyard il yaşı var, Pluton çox
aktivdir. Araşdırmanın nəticəsi göstərir ki, Pluton böyük bir enerji ilə istilik
və ya təzyiq hasil edir ki, bu da qayaların formasını dəyişir və yeni geoloji
xüsusiyyətlər yaradır.
New Horizons-un əsas araşdırmaçısı Alan Stern "Belə cırtdan
planetin çox böyük miqyasda aktiv olması çox maraqlı tapıntıdır" deyə qeyd
edib. Plutonun bəzi hissələri çox yaşlıdır, hətda 4 milyard ilə çatır. Stern həm
də inanır ki, Pluton bütün ömrü boyu belə aktiv olub.
Amma araşdırmaçılar bu aktivliyə tam olaraq nəyin səbəb olduğunu
hələ bilmirlər. Bu tapıntı isə onlara bu işdə gözəl başlanğıc oldu.
Paylaş
Bənzər xəbərlər