
Prezident sərəncam verdi: Yeni Sənaye Parkı Yaradılsın!
Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafına təkan verəcək yeni sənaye parkının yaradılmasına qərar verilib
Azərbaycan Respublikasının Konstitusiyasının109-cu maddəsinin 32-ci bəndini əsas tutaraq qeyri-neft sənaye sahələrinin
davamlı inkişafı, sənaye sahəsində sahibkarlığın inkişafı, o cümlədən rəqabətədavamlı
və innovativ sənaye sahələrinin yaradılması, əczaçılıq sahəsinin inkişafı, bu məhsulların
idxalının azaldılması, əhalinin dərman vasitələrinə tələbatın ödənilməsi üçün Bakı
şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkının yaradılması barədə
sərəncam imzalanıb. Bu sənaye parkının yaradılması üçün Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat vəsait ayrılıb. Daha ətraflı buradan ala bilərsiniz.
Paylaş
Bənzər xəbərlər