Logo
    main-post-cover

    Project Indigo artıq iPhone 17-in ön kamerasını dəstəkləyir

    Digər
    26.11.2025
    Sevinc
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Adobe-nin eksperimental kamera proqramı olan Project Indigo, nəhayət ki, iPhone 17 və iPhone Air istifadəçiləri üçün ön kamera dəstəyini aktivləşdirib. Bu cihazlarda istifadə olunan yeni tip selfi kamerası səbəbindən tətbiq uzun müddət uyğunlaşma problemləri yaşayırdı. Şirkət oktyabr ayında yenilənmə yayımlamışdı, lakin həmin vaxt ön kamera deaktiv halda işləyirdi.
        Son yayımlanan yeniləmə ilə birgə artıq istifadəçilər Indigo tətbiqi vasitəsilə ön kamera ilə foto və video çəkmə imkanını tam şəkildə əldə edirlər. Bu da tətbiqdən yaradıcılıq məqsədləri üçün istifadə edən fotoqraf və kontent yaradıcıları üçün mühüm rahatlıq yaradır. Adobe hələ ki, selfie kamerası ilə bağlı gecikmənin texniki səbəblərini açıqlamasa da, yeniləmə həm iPhone 17 seriyası, həm də iPhone Air üçün uyğunluğun tam bərpa olunduğunu göstərir.
    Paylaş