Logo
    Qarşınızda tam yeni Mitsubishi Pajero Sport!

    Qarşınızda tam yeni Mitsubishi Pajero Sport!

    Digər
    08.05.2017
    Ardı kəsilməyən şayiələrdən sonra nəhayət Mitsubishi yeni Pajero Sport modelini rəsmi şəkildə təqdim etdi. Tamamilə yenilənən Pajero Sport-un eksteryeri bu il restaylin olunmuş kiçik qardaşı Outlander-ə çox bənzəyir. Avtomobilə baxdıqda ilk diqqəti cəlb edən yenilənmiş nazik ön faralar və barmaqlıqlar olur. Arxa hissədəki uzun stoplar da Pajer Sport-un üzünü tamamlayır. Xrom detallar, c sütununa qədər uzanan aerodinamik girintilər və yeni disklər onu şəhər krossoveri kimi göstərsə də yerdən bir xeyli hündür olması və böyük şinləri Pajero Sport-un yolsuzluq performansından xəbər verir. Avtomobilin interyeri ilk baxışda Pajero-ya bənzəsə də yenilənmiş hava çıxışları, 4 qollu sükan və sürət göstəriciləri Pajero Sport-un fərqli cəhətlərini göstərir. Eyni zamanda Mitsubishi ilk dəfə bu avtomobildə elektronik əl tormozundan istifadə edib. Yeni Pajero Sport L200-də də istifadə olunan 2.4 litr MIVEC mühərrikindən güc alır hansı ki 181 at gücü və 420 nm torque hasil edə bilir. Daha çox performans istəyənlər üçün avtomobilin satışa buraxılarkən 3 litr benzinli mühərrik opsiyasının da olacağı güman edilir.
     
    Qeyd edəkki, avtomobilin satışına payız aylarında start veriləcək və 90-dan çox ölkədə satışa buraxılacaq.
     
     
     
     






    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qarşınızda tam yeni Mitsubishi Pajero Sport!