Logo
    main-post-cover

    Qaytarma problemi Amazon-a baha başa gəldi

    Digər
    28.01.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon müştərilərin qaytardıqları məhsullara görə lazımi geri ödənişlərin edilməməsi ilə bağlı açılmış kollektiv məhkəmə işi üzrə 1 milyard dollardan çox dəyəri olan razılaşmaya gəlib.
    Prime Day: Amazon biggest shopping event of all time
        Məhkəmə sənədlərinə əsasən, razılaşma çərçivəsində 600 milyon dollardan çox məbləğ artıq müştərilərə geri qaytarılıb və ya yaxın vaxtlarda ödəniləcək. Bundan əlavə, Amazon ayrıca 309,5 milyon dolları geri qaytarmalardan zərər çəkmiş istifadəçilər üçün yaradılan xüsusi fonda köçürəcək. Bu fonda ayrılan vəsait geri qaytarılmayan (non-reversionary) xarakter daşıyır və birbaşa iddiaçılara yönəldiləcək. Məlumatı ilk olaraq Reuters yayımlayıb. Şirkət həmçinin 363 milyon dollardan çox qeyri-maliyyə dəstəyi göstərməyi də öhdəsinə götürüb. Bu, Amazon-un məhsul qaytarma və geri ödəniş mexanizmlərini təkmilləşdirməsini, proseslərin daha şəffaf və etibarlı olmasını əhatə edir. Amazon isə bütün bu iddialarla razılaşmadığını və hər hansı hüquqi pozuntunu qəbul etmədiyini bildirir.
        Məhkəmə işi 2023-cü ildə açılıb və iddiaya əsasən, Amazon bəzi hallarda məhsulu geri qaytaran müştərilərə əsassız şəkildə ödəniş etməyib, nəticədə istifadəçilər maddi zərərə məruz qalıb. Amazon TechCrunch-a göndərdiyi açıqlamada bildirib ki, 2025-ci ildə aparılan daxili yoxlama zamanı bəzi qaytarmalarda ya ödəniş prosesinin tamamlanmadığı, ya da qaytarılan məhsulun düzgünlüyünün təsdiqlənmədiyi hallar aşkarlanıb. Şirkət bu səbəbdən həmin müştərilərə geri ödənişlərin verilməsinə başlayıb və razılaşmaya uyğun olaraq əlavə kompensasiyalar təqdim edəcək.
    Paylaş