Qlobal istiləşmə, Sakit Okeandakı 8 adanın məhv olmasına gətirib çıxartdı

10.09.2017 0 PAYLAŞIM 285 OXUNMA

Qlobal istiləşmə və onunla bağlı olan su səviyyəsinin qalxması nəticəsində Sakit Okeandakı Mikroneziyanın 8 adasını suyun altında qoyub.

Dünya alimlərinin sözlərinə əsasən bu proses son bir neçə il ərzində gedib. Məlumdur ki, dünya okeanının səviyyəsi hər il 3 millimetr qalxır. Bəzi faktorların təsiri nəticəsində Sakit Okeanda bu göstərici ildə 12 millimetrə kimi çata bilir. 2016-cı ildə alimlərin apardıqları tədqiqatlar nəticəsində onlar, Sakit Okeandakı 5 adanıın adının siyahıda olmadığını aşkar etdilər. Həmin adalar, 20-ci əsrin ortalarında mövcud idilər. Lakin sonradan onlar suyun altında qaldılar. Yeni tədqiqatlar isə onu göstərib ki, Sakit Okeanda, ümumi əraziləri 100 kvadrat metr olan 8 ada da suyun altında qalıb. Bu proses isə 2007-2014-cü illər ərzində baş verib. Bu cür nəticəyə alimlər, yerli sakinlərlə ünsiyyət quraraq və peyk vasitəsilə müqayisəli fotoları incələyərək gəliblər.