Qlobal istiləşmənin qarşısını almaq üçün 4 ekstremal üsul
Digər
05.09.2017
Farid Pardashunas
50 ilə yaxın buzlaqları müşahidə edən Kembric
Universitetinin alimi Peter Wadhams-ın fikrincə qlobal istiləşmənin qarşısını
almaq üçün karbon qazının miqdarını aşağı salmaq kifayət etməyəcək. O, planeti,
iqlim dəyişikliyindən qurtarmaq üçün müxtəlif ssenarilərin olduğu bir kitab nəşr
etdirib. Həmin kitabdan olan ən ekstremal üsulları sizlərə təqdim edirik.
Karbon tozsoranları:
Alimin fikrincə qlobal istiləşmənin qarşısını almaq üçün ən
real üsullardan biri də atmosferdən parnik qazlarının sovrulmasıdır. CO2-dən
birbaşa təmizlənmə, bir çox böyük şirkət və ölkələrin hal hazırda görməli
olduqları işdir. Problem isə burasındadır ki, atmosferdən parnik qazlarının
çıxarılması üçün olan cəhdlər cüzidir.
Duz yayan gəmilər:
Bu üsulun məğzini, Edinburqdan olan alimlər yaradıblar. Bu
üsulun məğzi ondadır ki, okeanın üzərində olan buludlara duz yayılmalıdır. Beləliklə
duz kristallarının hesabına atmosferə əlavə enerji əks etdirmək olacaq. Nəticə
etibarilə planet səthinə daha az istilik təsir edəcək.
Partlayan hava şarları:
ABŞ və İngiltərə mütəxəssisləri, stratosferə, daxilində
sulfat turşusu olan hava şarlarını göndərməyi və orada partlatmağı təklif ediblər.
Partlayış nəticəsində yaranacaq hissəciklər, yüksək əks etdirmə gücünə sahib
olacaqlar və bundan əvvəlki üsuldakı duz kristallarının iş prinsipini yerinə
yetirəcəklər. Lakin bu çox mübahisəli üsuldur. Belə ki, onun reallaşdırılması nəticəsində
ozon təbəqəsi zərər çəkə bilər.
Böyük kosmik güzgü:
Bu üsula əsasən planetin orbitinə böyük güzgü göndərmək
lazımdır. O isə öz növbəsində planeti, gün işığından qoruyacaq. Lakin Wadhams-ın
özü bu cür üsulun qeyri-real olduğunu hesab edir. Belə ki, hələ heç kim bu cür
güzgünün planet orbitinə necə göndəriləcəyini təklif etməyib. Belə bir plan
olsaydı belə, onun üçün külli miqdarda vəsaitlər lazım olardı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)