main-post-cover

    Qlobal istiləşmənin qarşısını almaq üçün 4 ekstremal üsul

    Digər
    05.09.2017
    Emil Nəcəfov
    50 ilə yaxın buzlaqları müşahidə edən Kembric Universitetinin alimi Peter Wadhams-ın fikrincə qlobal istiləşmənin qarşısını almaq üçün karbon qazının miqdarını aşağı salmaq kifayət etməyəcək. O, planeti, iqlim dəyişikliyindən qurtarmaq üçün müxtəlif ssenarilərin olduğu bir kitab nəşr etdirib. Həmin kitabdan olan ən ekstremal üsulları sizlərə təqdim edirik.
    Karbon tozsoranları:
    Alimin fikrincə qlobal istiləşmənin qarşısını almaq üçün ən real üsullardan biri də atmosferdən parnik qazlarının sovrulmasıdır. CO2-dən birbaşa təmizlənmə, bir çox böyük şirkət və ölkələrin hal hazırda görməli olduqları işdir. Problem isə burasındadır ki, atmosferdən parnik qazlarının çıxarılması üçün olan cəhdlər cüzidir.
    Duz yayan gəmilər:
    Bu üsulun məğzini, Edinburqdan olan alimlər yaradıblar. Bu üsulun məğzi ondadır ki, okeanın üzərində olan buludlara duz yayılmalıdır. Beləliklə duz kristallarının hesabına atmosferə əlavə enerji əks etdirmək olacaq. Nəticə etibarilə planet səthinə daha az istilik təsir edəcək.
    Partlayan hava şarları:
    ABŞ və İngiltərə mütəxəssisləri, stratosferə, daxilində sulfat turşusu olan hava şarlarını göndərməyi və orada partlatmağı təklif ediblər. Partlayış nəticəsində yaranacaq hissəciklər, yüksək əks etdirmə gücünə sahib olacaqlar və bundan əvvəlki üsuldakı duz kristallarının iş prinsipini yerinə yetirəcəklər. Lakin bu çox mübahisəli üsuldur. Belə ki, onun reallaşdırılması nəticəsində ozon təbəqəsi zərər çəkə bilər.
    Böyük kosmik güzgü:
    Bu üsula əsasən planetin orbitinə böyük güzgü göndərmək lazımdır. O isə öz növbəsində planeti, gün işığından qoruyacaq. Lakin Wadhams-ın özü bu cür üsulun qeyri-real olduğunu hesab edir. Belə ki, hələ heç kim bu cür güzgünün planet orbitinə necə göndəriləcəyini təklif etməyib. Belə bir plan olsaydı belə, onun üçün külli miqdarda vəsaitlər lazım olardı.
    Linki kopyala