
Azərbaycanlı gənclərin hazırladığı yeni məhsul Qmeter nədir? Necə istifadə olunur?
Azərbaycanlı gənclərin hazırladığı və dünya bazarında müştəri məmnuniyyətini yeni səviyyəyə qaldırmağı hədəfləyən məhsul Aprel ayının 24-ü istifadəyə verildi.
Qmeter adlanan məhsulun əsas məqsədi
xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə ən effektiv geri əlaqə alətləri
təqdim etməkdir. Məhsulun adının Qmeter seçilməsi
heç də təsadüfi deyil. Açıqlaması "Quality Meter” (keyfiyyət ölçən) olan bu
onlayn həll, biznes sahiblərinin öz xidmət səviyyəsini ölçmələri üçün geniş
funksiyalı alətdir. Veb və mobil tətbiq olaraq fəaliyyət göstərən Qmeter artıq
istənilən bizneslər üçün istifadəyə açıqdır. Müştəri ilə təmasda olan bütün
biznes növləri üçün uyğunlaşdırılmış həll çox asan idarəolunma mexanizmine
malikdir.
Qmeter necə işləyir?
Çox sadə və istifadəsi rahat olan
Qmeter mobil tətbiqi şirkətlər tərəfindən müştərilərinə təqdim edilir və
onların xidmətlə bağlı fikirlərini toplayır. Müştəridən tələb olunan yeganə
addım ekranda gördüyü düymələrə klikləyərək xidmət haqda düşüncələrini
paylaşmaqdır.
Biznes sahibləri isə öz növbəsində
bu fikirləri dərhal (real-time) əldə edir, müştərilərinin xidmət haqda nəyi
sevdiyini və ən əsası nədən narazı qaldığını dərhal görə bilirlər. Bu isə
onlara xidmətlərində yaranmış çətinlikləri, çatışmamazlıqları aradan qaldırmağa
imkan yaradır. Xidmətdə xüsusi olaraq konfiqurasiya olunan SMS və Email
bildiriş funksiyaları sayəsində biznes sahibi əldə etmiş neqativ dəyərləndirmə
haqda məlumatı dərhal mobil telefonuna əldə edə və ehtiyac olduqda dərhal müştəri
ilə əlaqə saxlayaraq yaranmış çətinliyi aradan qaldıra bilər.
Xidməti dəyərləndirən müştərilər istəkdən asılı olaraq öz şəxsi məlumatlarını tətbiqə əlavə edə bilərlər.Bu, müştəriyə şirkətin keçirdiyi kampaniya və xüsusi endirimlər haqda məlumatın effektiv olaraq çatdırılasında və ya hər hansı bir xoşagəlməz halın baş verməsi zamanı onunla əlaqə yaratmağa imkan verir.
Şirkət nümayəndələrinin dediyinə görə xidmət kağızla hazırlanmış geridönüş formasından fərqli olaraq müştəri məmnuniyyətinin ölçülməsini daha effektiv hala gətirir və ən əsası, biznes sahibinin ehtiyacı olan müştəri fikirlərini detallı statistika ilə onlara dərhal təqdim edir. Qeyd edək ki, Qmeter bir məhsul kimi hal-hazırda dünyada mövcud olan ən geniş funksiyalı müştəri məmnuniyyətinin ölçülməsi alətidir.
Qmeter xidmətindən istifadə etmək istəyən bizneslər üçün aylıq abunəlik 20 ABŞ dolları olaraq müəyyənləşdrilib. Xüsusilə qeyd etmək lazımdır ki, xidmət Azərbaycan şirkətləri üçün bir ay pulsuz istifadə imkanı təqdim edir.
Qmeter haqda ətraflı məlumat almaq, qiymətlərlə tanış olmaq və birbaşa əlaqə saxlamaq üçün şirkətin rəsmi saytına keçə bilərsiz: www.qmeter.net
Paylaş
Bənzər xəbərlər